UNO-nu evakuatorla aparanlar kim olub?

Birləşmiş Ştatların magistral yoluna nəzarət edən şirkətlər polisə zəng vuraraq asfaltla UNO-nun getməsi barədə məlumat veriblər. Daha doğrusu, onun evakutorla aparıldığını bildiriblər.


Polisin araşdırmalarından sonra bəlli olub ki, bu, nə fotomontaj, nə də film çəkilişləri üçündür. Sən demə, alimlər bu formada "X-47B Pegasus" pilotsuz uçan aparat yaradıblar. Onlar Vaşinqton yaxınlığında təlimlər keçəcək.


"Yerli sakinlər hazırlaşsınlar. Onlar tezliklə UNO-ların yolla getdiklərini yox, səmada uçduqlarını da görəcəklər", deyə aparatı icad edənlərdən biri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...