Viktor Yanukoviç: "Timoşenko iştirak etdiyi cinayətə görə həbs olunub"

Ukrayna Respublikasının Prezidenti Viktor Yanukoviç "Bloomberg" agentliyinə müsahibəsi zamanı keçmiş baş nazir Yuliya Timoşenkonun iştirak etdiyi cinayətə görə həbs olunduğunu deyib. SİA-n Ukrayna bürosunun verdiyi məlumata görə, müsahibəsində V.Yanukoviç Timoşenkonu deputat Yevqeniy Şerbanın ölümündə də əli olduğunu xüsusi vurğulayıb.

"Onun etdiyi cinayətlər var və buna görə, mühakimə olunub. Bu gün Timoşenkoya görə, Ukraynaya siyasi təzyiqlər var. Mən istərdim xalq buna hüquqi tərəfdən yanaşsın", deyə prezident bildirib.

Baş prokuror Viktor Pşonka deyib ki, eks baş nazirin işində, xüsusən də Y.Şerbanın ölümü ilə bağlı sübut olunmuş tutarlı faktlar işə təqdim olunacaq. Ümumiyyətlə, prokurorun sözlərinə görə, Timoşenko bir neçə qətldə sifarişçi olub. Xatırladaq ki, Y.Şerban 3 noyabr 1996-ildə Moskvadan Donetskə uçan zaman Donetsk hava limanında güllələnib. Bu zaman onun həyat yoldaşı və digər şəxs də hadisə zamanı aldığı güllələrdən yerindəcə həlak olublar. Məlum olduğu kimi Ukraynanın keçmiş baş naziri "Batkivşina" partiyasının sədri Y.Timoşenko Kiyev şəhər Peçerskiy məhkəmənin qərarı ilə 7-il azadlıqdan məhrum edilməklə yanaşı 1,5 milyard qrivna (yəni 189 milyon dollar) cərimə olunub. Bu cəza ona Rusiya ilə bağladığı "Qaz müqaviləsi" zamanı vəzifə səlahiyyətlərini aşdığına görə verilib. Bundan əlavə Timoşenkonun bir neçə şəxsin ölümündə sifarişçi olması və əvvəllər rəhbərlik etdiyi "Ukraynanın birgə enerji sistemi" korpoorasiyasına görə də əlavə məhkəməyə verilib. Bu arada isə Y.Timoşenko Ukrayna Ali Məhkəməsinə məktubla müraciət ünvanlayaraq ona qarşı qaldırılan cinayət işlərinə onun iştirakı olmadan baxılmsını xahiş edib. Ukraynanın baş naziri Nikalay Azarov Amerikada Pavel Lazarenkonun işinə baxıldıqdan sonra məhkəmənin qərarını televiziya ekranlarında nümayiş etdirərək Timoşenkonun cinayətdə əli olduğunu deyib.

"Burada hər bir vərəqədə Timoşenkonun korrupsiyada əli olduğu vurğulanır. Yəqin siz Amerika məhkəmələrinə inanırsınız", deyə ABŞ-da Lazarenkonun işində iştirak edən prokuror Marta Berş maraqlı açiqlamalar yayıb: "Timoşenko həmin hadisələr zamanı keçmiş baş nazir və eks-korporasiya rəhbəri olub. O məhkəməyə hadisələr zamanı şahid kimi dəvət olunub. Həmin vaxt məhkəməyə yetərincə əsaslı dəlillər gətirilmədiyi üçün iş bağlanmışdı".


Əlmaniz Ələkbərli, Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə