Timoşenko bu dəfə futbol meydanındadır

Timoşenko bu dəfə futbol meydanındadır

Ukraynanın həbsxanada olan keçmiş baş naziri Yuliya Timoşenko Avropa Birliyi ölkələrinin liderlərini və Avropa siyasətçilərini Ukraynaya kömək göstərmək məqsədilə "Avro-2012" matçlarında iştirak edən ölkə prezidenti Viktor Yanukoviçə məhəl qoymamağa çağırıb. Bu barədə məlumatı Ukrayna mediası yayıb.


Y.Timoşenko "Avro-2012"-dəki hansı halların Yanukoviç rejiminin xeyrinə olduğundan danışıb: "Yanukoviçlə eyni tribunada olarkən, eləcə də onunla əl verib görüşərkən siz mənim ölkəmin və xalqımın hüquqlarını və azadlıqlarını əlindən alan Ukraynadakı avtoritar rejimə heç zaman etməyəcəyiniz köməyi göstərirsiniz".


Məlum olduğu kimi, bu barədə çox danışılmasına baxmayaraq, Avropa Birliyi "Avro-2012"-ni boykot edən qərar çıxarmadı. Hazırda bəzi Avropa siyasətçiləri özləri Ukraynaya futbola baxmaq üçün yollanıb-yollanmamağı götür-qoy edirlər. Məsələn, Almaniya kansleri Angela Merkel həmyerlilərini dəstəkləmək üçün Ukraynaya gələcəyini deyir. Böyük Britaniya hökuməti isə bu mənada unikal sayıla biləcək fikir səsləndirib. Əgər İngiltərə seçməsi qrup mərhələsini adlasa, onlar "Avro-2012"-nin keçirildiyi məkana təşrif buyuracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə