Britaniyadan "Avro-2012" ilə bağlı qəribə boykot

Britaniya hakimiyyətinin nümayəndələri Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı pis rəftara görə İngiltərə seçmə komandasının "Avro-2012"-də keçirəcəyi qrup oyunlarında iştirak etməyəcək. Bu barədə məlumatı BBC yayıb.


Məlumatda bildirilir ki, məsələ ilə bağlı açıqlamanı Britaniya Xarici İşlər Nazirliyinin adı çəkilməyən sözçüsü verib: "Biz turnirə daha sonrakı mərhələlərdə qoşulmaq üzərində müzakirə aparırıq. Bu zaman nazirlərin məşğulluğunu, eləcə də Ukraynada turnir ərzində qanun pozuntularının baş verməməsini nəzərə alacağıq. Amma hökumət İngiltərə millisinin "Avro-2012"də iştirakını tam dəstəkləyir".


Qeyd edək ki, Almaniya kansleri Angela Merkel ölkə millisinin oyunlarına azarkeşlik etmək üçün "Avro-2012"-nin keçiriləcəyi ölkələrə getmək qərarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə