Ermənistanda vəkillərin də səsini boğurlar

Ermənistanda vəkillərin də səsini boğurlar

Ədliyyə Nazirliyi tətil keçirmək istəyən hüquq müdafiəçilərinə 4 il gözləməyi məsləhət bilir


Ermənistanın Ədliyyə Nazirliyi əmək məcəlləsini misal gətirərək vəkillərin tətil etmək hüquqlarının olmadığını bildirib. Erməni mətbuatının yazdığına görə, bu bəyanatı jurnalistlərə Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan verib. O, nazirliyə iyunun 11-də tətil keçirmək məqsədilə 200-dək vəkilin müraciət etdiyini vurğulayıb.


Tovmasyanın sözlərinə görə, məhkəmə-hüquq islahatları ilə bağlı 4 illik proqram nəzərdə tutulur ki, bu da bəzi suallara aydınlıq gətirməlidir.


Xatırladaq ki, Ermənistan Vəkillər Palatasının üzvləri iyunun 11-də bir günlük tətil keçirmək niyyətindədirlər. Buna səbəb isə Ermənistanın hüquq sistemindəki biabırçı həddə qanun pozuntularının olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə