İranda sığorta şirkətləri cinsi dəyişmə əməliyyatının xərclərini ödəmək məcburiyyətindədirlər. BBC xəbər verir ki. hökumət bu yaxınlarda cinsi dəyişmə əməliyyatı vacib olan şəxslərə prosesin bütövlüklə sığorta şırkətləri tərəfindən ödəniləcəyini açıqlayıb. Məlumata görə, İran İslam Respublikasınını banisi Ayətulla Xomeyni hələ 1980-ci ildə transseksuallara cinsi dəyişmə əməliyyatına imkan yaradan fərman verib. Lakin bu heç də hamının cibinə görə deyil.
Yaxınlara qədər ölkənin səhiyyə strukturları bahalı əməliyyatın xərclərinin yalnız bir hissəsini ödəyirdi. Bıçaq altına uzananların xərci isə təkcə əməliyyatla yekunlaşmırdı. Transseksualların çoxu əməliyyatdan sonra borclu qaldıqlarından şikayətlənirdilər. Bununla yanaşı əməliyyatdan sonrakı görüntüləri də onları qane etmirdi. Lakin transseksualların İranda imtiyazlarının artması şəriət qanunlarına əsaslanan konstitusiyaya görə homoseksual və biseksualların həyatını təhlükə altına qoyur.
Ölkədə cinsi dəyişdirmə əməliyyatına ildə 300-400 nəfər baş vurur. Bu da məlumdur ki, onların heç də hamısı transseksual deyil. Əməliyyata üz tutan 45 faiz homoseksual belə addımı sağ qalmaq üçün atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB