“WikiLeaks” Ermənistan barədə yeni məlumatlar dərc edəcək

“WikiLeaks” Ermənistan barədə yeni məlumatlar dərc edəcək

Minlərlə gizli məlumatları üzə çıxaran "WikiLeaks" saytı Ermənistan siyasətinə dair yeni məlumatlar dərc etməyə hazırlaşır. Bu barədə Ermənistanda nəşr olunan "Jamanax" qəzetinin rəsmilərlə əlaqədə olan Vaşinqton müxbirinə ABŞ ictimai xadimlərindən biri deyib.


Nəşrin məlumatına görə, sənədlərdə vəzifəli şəxslərin, oliqarxların və müxalifət nümayəndələrinin ABŞ-nin Ermənistandakı səfirliyi əməkdaşlarının şəxsi görüşləri barədə məlumatlar əks olunub.


"Prezident seçkiləri ərəfəsində bu məlumatların dərc edilməsi Ermənistanın daxili siyasətinə güclü təsir edə bilər", - deyə "Jamanax" qəzeti yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə