İranın neft naziri OPEK sədrliyinə namizədliyini irəli sürüb

İranın neft naziri OPEK sədrliyinə namizədliyini irəli sürüb
İranın neft naziri Rostam Qasemi OPEK-in hazırki rəhbərinə ünvanladığı məktubda 2013-cü il üçün təşkilatın baş katibi vəzifəsinə namizədi təqdim edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Rostam Qasemi bu vəzifəyə İranın sabiq neft naziri, İranın Milli Neft Şirkətinin sabiq rəhbəri Qulam Hüseyn Nozarinin namizədliyini irəli sürüb.

Xatırladaq ki, OPEK-in hazırki rəhbəri liviyalı Abdalla Salem Əl-Bədri cari ilin dekabrın 31-də istefaya gedəcək. Səudiyyə Ərəbistanı, İraq və Ekvador bu vəzifəyə öz namizədlərini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə