ABŞ Gürcüstanı NATO-ya üzv edə biləcəkmi?

ABŞ Gürcüstanı NATO-ya üzv edə biləcəkmi?

"Payızda keçiriləcək parlament seçkiləri Gürcüstan üçün yaxşı demokratik dərs ola bilər". "Qruziya Online" xəbər verir ki, bu bəyanatı ABŞ-nin dövlət katibi Hillari Klinton Batumidə strateji əməkdaşlıq üzrə gürcü-amerikan komissiyasının açılışında səsləndirib.


"Gürcüstan "narıncı inqilabı"ndan sonra ölkədə demokratiyanın möhkəmlənməsi istiqamətində çox mühüm və vacib addımlar atdı. İndi isə demokratiyasının sadiqliyini və hakimiyyətin legitimliyini əsl, demokratik yolla parlamentə keçiriləcək seçki yolu ilə sübut etməlidir", - deyə dövlət katibi bildrib.


Hillari Klintonun sözlərinə görə, Gürcüstanın təhlükəsizliyi və müdafiəsi məqsədilə ABŞ bu ölkəyə yardımlarını edir və onun NATO-ya üzv olmasına çalışır.


ABŞ xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Barak Obama və Mixail Saakaşvili arasında Birləşmiş Ştatlarda əldə olunan razılığa əsasən, Gürcüstanın müdafiə qabiliyyəti daha da gücləndirilir və onun NATO standartlarına uyğunlaşdırılması prosesi aparılır: "Biz Gürcüstan ordusunda təhsil siyasətini davam etdiririk, onların müdafiəqabiliyyətini artırmaq üçün Əfqanıstandakı əməliyyatlarda iştirakı nəzərdə tutulur".


Dövlət katibi bir daha vurğulayıb ki, ABŞ Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir və qurumun Buxarest sammitində bu ölkənin alyansa üzv olması çağırışları səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə