Xamneyi: "İran xalqının Qərbə nifrəti dərinləşəcək..."

Xamneyi: "İran xalqının Qərbə nifrəti dərinləşəcək..."

Qərbin İrana qarşı sanksiyaları Tehranın inkişafını dayandırmayacaq, sadəcə İran xalqının ürəyində Qərbə qarşı nifrəti dərinləşdirəcək. Bunu İranın ali dini lideri Ayətulla Əli Xamneyi İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomneyinin ölümünün 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə bəyan edib. Xamneyi Amerika Birləşmiş Ştatlarının və onun müttəfiqlərinin İranın nüvə silahı hazırlamaq niyyətində olmasına dair iddialarını yalan adlandırıb.


"Bu, insanların diqqətini Amerika və Avropada baş verənlərdən yayındırmaq cəhdidir", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə