Suriyada BMT-nin müşahidəçi karvana hücum olub

Suriyada vəziyyət gərgin olaraq qalır. Ötən gün paytaxt Dəməşqdə BMT-nin müşahidəçi karvanı monitorinq aparan zaman Suriya təhlükəsizlik qüvvələri qəfil hücumlara məruz qalıb. Hadisə zamanı müşahidəçi karvanın arxa avtomobillərindən birində olan Norveç televiziyası hadisə yerində çəkiliş apara bilib. Kadrlarda Suriya əsgərləri olan məkana atəş açılması, bir qədər sonra isə əsgərlərin gözdən itməsini müşahidə etmək olur. BMT müşahidəçiləri isə hadisə zamanı dərhal aradan çıxmağa nail olublar.


Qeyd edək ki, hücum şəhərin Ərbin qəsəbəsində baş verib. Hadisədən bir qədər sonra isə hökumət rəsmiləri hücum nəticəsində əsgərlərdən birinin öldürüldüyünü bildiriblər. Məlumata görə, onlara EPG tipli silahlardan hücum olunub.

Ərbin qəsəbəsinin qismən Azad Suriya Ordusunu nəzarəti altında olduğu qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə