Türkiyədə Somalidəki vəziyyətlə bağlı ikinci konfrans keçirilib. Konfransda çıxış edən Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan bildirib ki, Somalidəki acınacaqlı vəziyyət təkcə bu ölkənin deyil, insanlığın ortaq faciəsidir. Somaliyə getməyən, oradakı mənzərəni görməyənlərin bu ölkədəki vəziyyəti dərindən dərk etməsinin asan olmayacağını vurğulayan Rəcəb Təyyib Ərdoğan orada fəaliyyət göstərən Afrika Birliyi Somali Missiyasına 2009-cu ildə olduğu kimi yenidən 1 milyon dollarlıq yardım edəcəklərini deyib.
"Somalinin paytaxtında on minlərlə insan çadırlarda yaşayır. Çadır deyəndə adi parçadan düzəldilmiş çadırdan söhbət getmir. 3-4 ağac budağı bir-birinə birləşdirilir və bu, 3-5 nəfərlik ailə üçün lüks bir sığınacaq olur. Bu cür çadırlarda, sığınacaqlarda minlərlə ailə məskunlaşır. Müxtəlif səbəblərdən infrastruktur investisiyaları həyata keçirilmir. Bu qədər çox əhalinin hamısına yardım çatdırılmır. Təhlükəsizlik məsələləri səbəbindən də yardım qurumları ehtiyac içində olan hər kəsə yetişmir. Somalili uşaqlar bu cür mənzərədə heç bir məsuliyyəti olmadığı halda, sanki dünyanın bütün yükünü öz kiçik çiyinlərində daşıyırlar", - deyə baş nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB