Avrozonada aprel ayında işsizliyin səviyyəsi 11 faizə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Avrozonada işsizliyin maksimum həddidir. Bildirilib ki, bu göstərici borc böhranının dağıdıcı nəticələrinin göstəricisidir. Aprel ayı ərzində 17.4 milyon avropalı işsiz qalıb. 1995-ci ildən indiyə qədər işsizlik bu səviyyədə olmayıb. Iqtisadçılar qeyd edirlər ki, işsizliyin bu həddə çatması Avrozonada istehsalın kəskin şəkildə azalması ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB