Bu gün Kosovoda NATO hərbçilərilə serblər arasında qarşıdurma yaranıb. "RİA Novosti" xəbər verir ki, 1 hərbçi və 3 serb xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Zveçan şəhər administrasiyasının nümayəndəsi Krstimir Pantiç bildirib ki, hərbçilərin silahdan istifadə etmləri barədə əsaslar var.
İnsidentə səbəb isə alyans əsgərlərinin Zveçan şəhərinə gedən yolda serb barrikadalarını dağıtması olub. Rəsmi məlumata görə, hərbçilər gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Barrikadalar zirehli texnikalarla sökülüb və proses helikopterlərdən izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB