Hər il əfqan nakotiklərinin satışı üzrə narkokartellərdən əldə edilən gəlir 69 milyard dollar təşkil edir. Bunu Əfqanıstanın narkotik ticarətlə mübarizə naziri Zaror Əhməd Mukbil deyib.
Dünya mediasının verdiyi xəbərə görə, nazir Mukbil hər il əfqan narkotacirlərinin gəlirlərinin 1 milyard dollar olduğunu vurğulayıb. Onun sözlərinə görə, Əfqanıstanda narkotik maddələr leqallaşmayacaq. Əfqan fermerlərindən mərkəzi qaydada narkotiklərin alınması üçün isə vəsait yoxdur.
Qeyd edək ki, bir müddət öncə Tacikistanın daxili işlər naziri Ramazon Rəhimov Avropa Parlamentinin deputatlarına əfqan fermerlərindən narkotik maddələrin hazırlanmasında istifadə edilən məhsulları topdansatış qiymətə almağı təklif edib. O, bu yolla sonradan həmin məhsulların məhvini həyata keçirməyin mümkünlüyü qənaətindədir. Əfqanıstanlı nazir isə bu fikirdədir ki, belə bir təklifin reallaşması narkotik maddələrin yayılmasını stimullaşdıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB