Klinton: "Suriyaya hərbi müdaxilə üçün Rusiya və Çinin razılığı lazımdır"

Klinton: "Suriyaya hərbi müdaxilə üçün Rusiya və Çinin razılığı lazımdır"

ABŞ-ın dövlət katibi Hillari Klinton bəyan edib ki, Suriyaya xarici hərbi müdaxilə yalnız bir şərtlə mümkündür: bütün dünyada bu məsələdə geniş konsensusun mövcudluğu. "Associated Press"in verdiyi məlumata görə, Hillari Klinton deyib ki, hərbi əməliyyatın keçirilməsi üçün razılıq təkcə ABŞ-ın dünyayadakı müttəfiqlərindən yox, həm də Bəşər Əsəd rejimini dəstəkləyən ölkələr - Rusiya və Çindən alınmalıdır. Bununla belə, dövlət katibi Liviya ssenarisini nümunə göstərib: Çin və Rusiyanın etirazlarına rəğmən hərbi əməliyyat keçirildi.


Hillari Klinton bəyan edib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Moskva və Pekini Suriya hakimiyyətinə qarşı sərt mövqernin vacibliyinə inandırmaq cəhdlərini davam etdirirlər. Amerika diplomatiyasının bu istiqamətdə səylərdən hansı nəticələri gözlədiyinə gəlincə, dövlət katibi bunu açıqlamayıb. O, Suriya münaqişəsinə xarici hərbi müdaxiləni vacib sayıb-saymadığını da dilə gətirməyib. Hillari Klinton yalnız onu qeyd edib ki, Suriyada vətəndaş müharibəsinin böyüməsi Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olacaq. Bundan başqa, Amerika diplomatiyasının rəhbəri deyib ki, Rusiyanın mövqeyi hadisələrin bu istiqamətdə inkişafına aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə