Suriya üsyançıları Bəşər Əsəd hakimiyyətinə "Annan planı"nın icrası üçün 48 saat vaxt veriblər. Bununla bağlı ultimatum özünü Azad Suriya Ordusu adlanan təşkilatın zabiti adlandıran şəxs tərəfindən internet vasitəsilə yayılan video-müraciətdə ifadə olunub.
Xarici mətbuat xəbər verir ki, ultimatumda hərbi qüvvələrin Suriyanın şəhər və kəndlərindən çıxarılması tələb olunub. Müraciət müəllifi əks halın müşahidə ediləcəyi təqdirdə özünü və tabeliyindəki qoşunları "Annan planı"nın yerinə yetirilməsinə məsul saymayacağını və dinc sakinlərin müdafiəsinə qalxacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB