İtaliyada 6 bal gücündə zəlzələ olub

İtaliyada 6 bal gücündə zəlzələ olub
İtaliyada növbəti dəfə 6 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yeraltı təkanlar İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında qeydə alınıb. İtki və dağıntı barədə hələlik heç bir məlumat yoxdur. Qeyd edək ki, İtaliyanın Bolonya vilayətində mayın 20-də 6 bal gücündə baş vermiş zəlzələdə 7 nəfər ölüb, 50-dən çox adam isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə