BMT Təhlükəsizlik Şurası Houla məntəqəsində ən azı 108 nəfərin öldürülməsi, 300 insanın yaralanması ilə bağlı baş vermiş olaya görə Suriya hökumətinin ünvanına sərt iradlarını bildirib. "Frans Press" agentliyi xəbər verir ki, təşkilatın bununla bağlı qəbul verdiyi bəyanatında hökumət qoşunlarının yaxın məsafədən tank və artileriyadan açdığı atəş nəticəsində onlarla uşaq, qadın və kişinin öldürüldüyü bildirilir.
BMT TŞ bəyan edib ki, dinc əhaliyə qarşı bu cür zorakılıq təşkilatın qətnamələrinə ziddir. Bəyanatı Rusiya ilə birgə şuraya 15 üzvün hamısı imzalayıb. Xatırladaq ki, RF əvvəllər qətnaməni imzalamaqdan imtina edirdi.
BMT-nin statistik rəqəmlərinə görə, həlak olan 108 nəfərin 49-u uşaq, ən azı 7 nəfəri qadındır. Qətliam mayın 25 və 26-da törədilib.
Öz növbəsində, Suriya hökuməti hadisədən xəbərsiz olduğunu, qoşunların bu məntəqəyə girmədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB