Suriyada bir gündə 116 nəfər öldürülüb

Suriyada bir gündə 116 nəfər öldürülüb

Suriyada vətəndaş müharibəsi davam edir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, BMT-nin Suriyadakı müşahidə missiyasının rəhbəri Robert Mud deyib ki, ötən gün Homs şəhəri yaxınlığındakı Əl-Houla kəndində toqquşmalar nəticəsində 116 nəfər öldürülüb, 300 adam yaralanıb.

BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edən Rusiya Aleksandr Pankin iddia edib ki, Əl-Houla kəndində ölənlərin əksəriyyətinin soyuqqanlı qətlin qurbanı olduqlarını sübut edən birbaşa və ya bilavasitə dəlillər var. Belə ki, həlak olanqların əksəriyyəti yaxından açılan atəş nəticəsində öldürülüb və ya boğazları kəsilib. Kəndin ağır silahlarla ətəşə tutulması nəticəsində ölənlərin isə sayı çox azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə