MAQATE İranda uranın izinə düşüb

MAQATE İranda uranın izinə düşüb

MAQATE-nin beynəlxalq müşahidəçiləri İranın uranın 27 faiz zənginlşdirməsinin izinə düşüblər. Bu barədə məlumat "Röyters" agentliyinə diplomatik mənbələrdən daxil olub.


Mənbə bildirib ki, hələlik bu barədə hay-küy salmağa ehtiyac yoxdur. 27 faiz uranın zənginləşdirilməsi istehsalat artığı kimi də ola bilər. Bundan başqa MAQATE Tehrana müraciət edərək yeni tapıntı ilə bağlı izahat tələb edib.


Şübhəli görüntülər uranın zənginləşdirməsilə məşğul olan "Fordo" yeraltı nüvə kompleksinin yaxınlığında qeydə alınıb. Zavod hava hücumlarından möhkəm müdafiə olunma qabiliyyətinə malikdir. Qərb məhz burada nüvə silahının istehsal olunduğunu zənn edir və ona görə də Tehrandan bu zavodun fəaliyyətinin dayandırması tələbi prioritet məsələdir.


Nüvə silahının istehsalı üçün uranın 90 faizə çatdırılması kifayət edir. Məlumata görə, İİR qısa müddət ərzində müasir texnologiyalar vasitəsilə bunu etmək iqtidrındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə