İrəvanda hakim partiyanın mərkəzi qərargahında yanğın baş verib

İrəvanda hakim partiyanın mərkəzi qərargahında yanğın baş verib
Ermənistanın paytaxtı İrəvanda hakim Respublika Partiyasının mərkəzi qərargahında yanğın baş verib. SİA-nın \"News.am\" saytına istinadən verdiyi xəbərə görə, yanğın yerli vaxtla saat 17.30-da başlayıb.

Hadisə yerinə 8 yanğınsöndürən və bir neçə təcili yardım maşını gəlib. Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə departamentinin rəisi Vrej Qabrielyanın bildirdiyinə görə, yanğın elektrik naqillərinin qızması səbəbindən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə