Yəmənin paytaxtı Sanada hərbçilərin hərbi parada hazırlıqları zamanı törədilən terror nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb. "Assoşeyted-Press" agentliyi xəbər verir ki, təxminən 300 nəfər yaralanıb.
Həlak olanların və yaralananların hamısı hərbi qulluqçulardır. Xəsarət alanlar 7 xəstəxanada yerləşdirilib.
Partlayış Sanada Rrezident Sarayının meydanında baş verib. Hərbi geyimdə olan kamikadze əsgərlərin arasında özünü partladıb. Partlayışın səsi şəhəri bürüyüb. Əhali təşvişə düşüb.
Partlayış zamanı müdafiə naziri Nasir Əhməd meydanda olsa da, xəsarət almayıb.
Hərbçilər isə mayın 22-də Yəmənin birləşməsinin 22-ci il dönümündə keçiriləcək parada hazırlaşıblar. Bundan sonra paradın olub-olmayacağı müəyyən deyil.
Hələlik hadisənin baş verməsini heç bir terror təşkilatı üzərinə götürməyib. Yerli mətbuatın ehtimallarına görə, partlayışı "Əl-Qaida" terror təşkilatı törədib. Qeyd edək ki, Yəmən ordusu ölkənin cənub əyalətində bu təşkilatın üzvlərinə qarşı hərbi əməliyyatlar aparırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB