NATO sammitinin açılışı günü 45 nəfər həbs olundu

NATO sammitinin açılışı günü 45 nəfər həbs olundu

Mayın 20-də NATO-nun Çikaqo sammitinin açılışı günü müharibə əleyhdarlarının nümayişi keçirilib. "Pöyters" agentliyi xəbər verir ki, aksiyaçıların polislə toqquşmasında xəsarət alanlar olub.


Şəhər polis rəhbərlərinin məlumatına görə, 45 nümayişçi saxlanılıb. Aksiyanın təşkilatçıları isə 60 nəfərin saxlanıldığını, polis dəyənəyindən 12 nəfərin xəsarət aldığını bildiriblər.


Təşkilatçılar nümayişə 10 min nəfərin cəlb ediləcəyini düşünsənlər də, polis aksiyada təxminən 3 min etirazçının olduğunu vurğulayıb. Şahidlər isə küçələrdə hüquq-mühafizə orqanlarının verdiyi rəqəmdən daha çox adamın olduğunu bildiriblər.


Polis aksiyaçılara əvvəlcə dağılışmaq barədə göstəriş veib və əks təqdirdə onların həbs olunacaqlarını elan edib. Əksəriyyət asayiş keşikçilərinin tələbinə əməl etsə də, bir neçə yüz adam buna məhəl qoymayıb.


Təşkilatçılar hüquq-mühafizə orqanları əməkdaşlarının nümayişin qəddarcasına dağıtdıldığını bildiriblər. Çikaqo polisinin rəhbəri Herri Makkarti isə nümayişçilərin müqavimət göstərdiyindən bu cür halların baş verdiyini deyib.


NATO-nun sammitində isə insidentin əks-sədası eşidilməyib. Belə ki, konqres-mərkəzin təhlükəsizliyi üçün ərazi bağllandığından qarşıdurma tədbirin keçirildiyi yerdən bir neçə məhəllə aralıda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə