Əfqanıstanda güclü daşqınlar 19 nəfərin həyatına son qoyub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yüzlərlə yaşayış evi su altında qalıb, 60-a yaxın insan isə itkin düşüb. Hökumət rəsmiləri 10 mindən çox insanın müvəqqəti olaraq məscid, məktəb və tədris mərkəzlərində sığınacaq tapdığını bildirib. Hazırda ərazidə xilasedicilər axtarış işlərini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB