İtaliyada güclü zəlzələ: insan tələfatı var

Ölkənin şimalında 5,9 və 4,2 bal gücündə iki zəlzələ baş verib


İtaliyanın şimalındakı Modena əyalətində, Bolonya şəhəri yaxınlığında Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri San-Feliçe-Sul-Panaro şəhərindən 5 kilometr aralıda, yerin 10 kilometr dərinliyində qeydə alınıb.


İlkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Dağıntıların olduğu bildirilir. Bir sıra tikililərə ciddi ziyan dəyib. Dağıntılar arasında bir neçə nəfərin qaldığı da bildirilir.

Bundan öncə isə İtaliyanın şimalında 4,2 bal gücündə zəlzələnin baş verdiyi xəbər verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə