Səudiyyə Ərəbistanı qriqoryan təqvimdən imtina etdi

Səudiyyə Ərəbistanında qriqoryan təqvimi qadağan edilib. Bu barədə qərara görə, təqvimin dövlət idarə, müəssisə və təşkilatlarında istifadəsi də yasaqlanıb.


Xəbəri dünya mediası yayıb. Məlumatda deyilir ki, mövcud qadağadan sonra Səudiyyə Ərəbistanında yalnız Hicri-qəməri təqvimi istifadə olunacaq.


Qeyd edək ki, hazırda bəzi müsəlman ölkələrində rəsmən hicri-qəməri təqvimdən istifadə olunur. Onlardan bəziləri hicri-qəməri təqvimi ilə bərabər, digər təqvimlərə də müraciət edirlər. Məsələn Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi ölkələrdə rəsmən hicri-qəməri və şəmsi-miladi olmaqla hər iki təqvimdən istifadə mövcuddur. İranda hicri-qəməri, şəmsi-miladi ilə bərabər, bir də şəmsi-hicri təqvimi rəsmən qüvvədədir.


Onu da deyək ki, Sudan, Somalı kimi Afrika ölkələrində də sözügedən təqvimdən istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə