İan Bremmer: \"G-8 liderlərinin gücü sıfıra bərabərdir\"- AÇIQLAMA

\"Dünyanın ən böyük 8 gücünü birləşdirən G-8 G-0 olu\"b. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın \"Time\" jurnalındə xəbər dərc olunub. Jurnalda bildirilib ki, buna səbəb həmin ölkələrin daxili problemlərinin liderlik imiclərinə ziyan verməsidir.

"G-0" anlayışı ilə ilk çıxış edən Avrasiya Qrupunun rəhbəri İan Bremmer isə dünyada lider çatışmazlığı yaşandığını və bunun müxtəlif problemlərə səbəb ola biləcəyini açıqlayıb: "Dünyada hamıya məlum olan bir sıra qlobal tarazlıqlar öz yerini ciddi surətdə dəyişib. Həmin dəyişiklik güc mərkəzlərini parçalayıb və qütbləşmələrə səbəb olub. Bu isə var olan lider çatışmazlığı faktını daha da qabardır. ABŞ gələcəkdə dünyanın güc mərkəzi olmağa davam edəcək. Lakin bu heç də bütün problemlərin həlli demək deyil. Çünki döyüş yorğunu, işsiz, borcdan bezmiş seçicilər aktivist xarici siyasəti qəbul etməyəcəklər. Həmin vaxt Avropadan da önəmli addım gözləmək mümkün olmayacaq. Çünki Avropa avro bölgəsini xilas edə bilməyin yollarını axtaracaq. Bütün bunlara əsasən G-8-də toplanan dünyanın ən güclü ölkələrinin bir-bir liderlik xüsusiyyətlərini itirdiklərini göstərir. Yəni bir sözlə G-8, artıq G-0 olub".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...