Obama Romnini qabaqlayır - SORĞU

Obama Romnini qabaqlayır - SORĞU

ABŞ prezidenti Barak Obama prezident seçkisində özünün başlıca rəqibi olan Mitt Romnini yenə də qabaqlayır. Bunu ölkədə keçirilmiş rəy sorğusunun nəticələri də təsdiqləyir.


Amerika mediası xəbər verir ki, respondentlərin rəyinə əsasən hazırda ölkə vətəndaşlarının 46 faizi öz səslərini hazırkı dövlət başçısına verməyə hazırdırlar. Romnini dəstəkləyənlərin faiz nisbəti isə 39-dur. Obamanın tərəfdarlarının 25 faizinin qənaətincə, dövlət başçısı öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyindən onu dəstəkləmək lazımdır. Romninin tərəfini saxlayanların 43 faizinin fikrincə isə, Respublikaçılar Partiyasının namizədini dəstəkləmələrinin başlıca səbəbi onun Obama olmamasıdır.


Qeyd edək ki, sorğu mayın 13-dən 15-dək aparılıb və prosesdə 913 respondent iştirak edib. Onun nəticələri bir sıra digər sorğuların qənaəti ilə üst-üstə düşür. Yalnız "Gallup"un nəticələri Romni ilə Obamanın şanslarının eyni olduğunu bildirir.


Onu da deyək ki, ABŞ-da prezident seçkisi bu il noyabrın 6-a planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə