ABŞ prezidentinin və xanımının 2011-ci ildəki gəlirləri açıqlandı - STATİSTİKA
ABŞ prezidenti Barak Obama 2011-ci il üçün özünün və həyat yoldaşının malik olduqları gəlirlərlə bağlı deklorasiyanı açıqlayıb. Bu barədə məlumat Ağ Evin rəsmi saytında yer alıb.
Xəbər verilir ki, dövlət başçısının və birinci xanımının ötən il 2,566 milyon dollardan 8,265 dollaradək aktivi olub. Obamanın gəlirlərinin yalnız 250 mindən 2,1 milyon dollara qədəri kitablarının satışındandır. 2011-ci ildə prezident məlumat verilməsi zəruri sayılan hədiyyələr qəbul etməyib. O, "JPMorgan Chase" bankında 500 mindən bir milyon dollaradək pul saxlayıb.
Qeyd edək ki, Ağ Evin saytında ölkənin vitse-prezidenti Cozef Bayden və onun həyat yoldaşının ötən ilki gəlirləri ilə bağlı da yer alıb. Məlum olub ki, cütlüyün 2011-ci ildəki aktivləri 233 minlə 776 min arasında dəyişib. Bayden ona Finlandiya sakini tərəfindən verilən 800 min dollarlıq hədiyyə barədə də məlumat verib. Hədiyyə fin zərgərlik məmulatından ibarət olub.
Onu da deyək ki, ABŞ-da ali dərəcəli məmurlar bu cür deklorasiyaları ölkədə 1978-ci ildə qəbul olunmuş qanuna görə açıqlamaq məcburiyyətindədirlər. Sənəddəki məlumatların düzgünlüyünü yoxlayan xüsusi qurum fəaliyyət göstərir. Gəlir hesabatı ilə yanaşı ötən ayın 13-də Obama və həyat yoldaşı özlərinin vergi deklorasiyasını da açıqlayıblar. Orada göstərilirdi ki, 2011-ci ildə onlar birlikdə 790 min dollar qazanıblar ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə aşağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB