2020-ci ilədək ABŞ-ın döyüş təyyarələrinin əksəriyyəti F-35-lə əvəzlənəcək
Pentaqon 2020-ci ilədək silahlı qüvvələrin sərəncamında olan hərbi təyyarələr parkının böyük bir hissəsini 5-ci nəsil F-35 "Laytninq-II" qırıcı təyyarələri ilə əvəzləməyi planlaşdırır.
Proqrama müvafiq olaraq, cari onilliyin axırınadək həmin tip 2443 təyyarə istehsal edilməli və ABŞ HHQ, HDQ və Dəniz Piyadası Korpusunun sərəncamına verilməlidir.
Təyyarənin versiyalarından biri olan F-35A təyyarəsi məxsusi HHQ üçün hazırlanıb. O, F-16 və F-18 qırıcı, habelə A-10 "Tanderboult" hücum təyyarələrini, aviadaşıyıcılar üçün nəzərdə tutulmuş F-35C variantı F/A 18 təyyarəsini əvəzləyəcəkdir. 3-cü versiya – F-35B (tam vertikal uçuşlu) köhnəlmiş "Harriyer" təyyarəsinin varisi olacaqdır. Təyyarənin hər üç variantı 80 faizədək unifikasiya ediləcəkdir.
Bu layihəyə sərmayə yatıran 8 beynəlxalq tərəfdaş – Avstraliya, Böyük Britaniya, Kanada, Danimarka, İtaliya, Niderland, Norveç və Türkiyə üçün bir neçə yüz F-35 inşa ediləcəkdir. Bundan əlavə, həmin qırıcı təyyarələri daha iki ölkə Yaponiya və İsrail sifariş veriblər.
Amerika hərbçiləri bu yüksək texnoloji uçuş aparatının yaradılmasını və istehsalını əsaslandırarkən ilk növbədə Çinin artmaqda olan hərbi qüdrətini yada salırlar. Üstəlik, Pekin də hazırda özünün şəxsi 5-ci nəsil J-20 qırıcı təyyarəsi üzərində işləyir.
Daha əvvəl F-35-in istehsal xərclərini ABŞ-ın əvvəlki silah proqramları ilə müqayisədə azaltmaq planlaşdırılırdı. Lakin 2001-ci ildə "Lokhid Martin" ilə kontrakt imzalandıqdan sonra proqramın qiyməti 2 dəfə artmışdır. Artıq bu il silahlı qüvvələrin sərəncamına verilməli olan təyyarə onilliyin sonunadək istismara daxil olmayacaq, başqa mənbələrin məlumatına görə isə 2016-cı ildən sonra istismara veriləcəkdir.
F-35-in döyüş radiusu 1000 kilometrdir. Qırıcı təyyarə "hava-hava" sinfindən iki raket, iki idarəolunan bomba, daha 40 raket və ya bomba daşımağa qadirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB