Qırğızıstan Parlamentində "avara deputatlar" kimdir?

Qırğızıstan Parlamentində "avara deputatlar" kimdir?

Bişkek Şəhər Məhkəməsi Qırğızıstan parlamentindən üzrsüz səbəbdən qurumun iclaslarında mütəmadi iştirak etməyən deputatların siyahısını tələb edən qərar çıxarıb. Bu barədə məlumatı yerli "Kant.kg" yayıb.


Parlamentin iclaslarını buraxan deputatların siyahısınının açıqlanmasını ölkədəki "Azadlığın səsi" ictimai təşkilatının təmsilçiləri tələb ediblər.


Qeyd edək ki, sözügedən ictimai qurumun üzvləri əvvəllər də belə bir tələb səsləndiriblər. Lakin məhkəmə onların istəklərini qismən təmin edib. Belə ki, təşkilata "avara deputatların" siyahısı verilib, amma onların adlarının cəmiyyətə açıqlanmasına qadağa qoyulub. Hazırkı qərarda isə bu məhdudiyyət aradan qaldırılır, üstəlik ali qanunverici orqanın özü üçün intizamı pozan üzvlərin adlarını açıqlamaq məsuliyyəti müəyyənləşdirilir.


Onu da deyək ki, ölkəmizdə də Milli Məclisin iclaslarında iştirak etməyən deputatlarla bağlı məsələ zaman-zaman gündəmdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə