Misir tarixində ilk dəfə olaraq teledebat keçiriləcək

Misir tarixində ilk dəfə olaraq prezidentliyə namizədlərin açıq teledebatı keçiriləcək. Canlı efirdə seçkiqabağı kampaniyanın iki əsas siması Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Əmr Musa və islamçıların təmsilçisi Əbdül Monehm Əbul Fotuh üz-üzə gələcək.

Dünya mediası xəbər verir ki, debatı ölkənin iki populyar özəl telekanalı yayımlayacaq.


Qeyd edək ki, Misirdə 13 prezidentliyə namizəd var. Seçkilər isə bu il mayın 23-24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə