Türkiyədə 11 general həbs edildi

Türkiyədə 11 general həbs edildi

Ötən gecə Türkiyə hakimiyyəti 28 fevral 1997-ci ildəki hərbi çevrilişin istintaqına uyğun olaraq indiki və istefada olan 11 generalı həbs edib.


Türkiyə mətbuatına istinadən xəbər verilir ki, saxlanılınanlar Ankaranın Sıncan və Mamak rayonlarının həbsxanalarına aparılıblar. Bu, "28 fevral"adlanan iş üzrə dördüncü həbs dalğasıdır. Əməliyyatlar generalların yaşadıqları 9 əyalətdə aparılıb.


İstintaq Baş Prokurorluğun Ankara şöbəsinin xüsusi səlahiyyətləri çərçivəsində həyata keçirilir. İlk həbslər və axtarışlar aprel ayında aparılıb. İş üzrə indiyədək 30 nəfər həbs edilib ki, onların da arasında generallar və Baş Qərargahın digər yüksək vəzifəli şəxsləri var. Onların hamısı 1997-ci il fevralın 28-də ya dövlət çevrilişi etməkdə suçlandırılır, ya da şübhəli şəxs qismində saxlanılır. Bu, qan tökülmədən Konistitusiya və parlamentin fəaliyyətini davam etdirməklə sonuncu hakimiyyət dəyişikləyi hesab olunur.


Prokurorluğun məlumatına görə, çevriliş ölkənin tərəqqisinə böyük ziyan vurub, Türkiyənin inkişafını bir neçə il geri salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə