ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putini vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, hər iki dövlət başçısı arasında telefon danışığı olub. Prezidentlər 9 may qələbə günü ilə bağlı fikir mübadiləsi aparıblar. İkinci Dünya Müharibəsi zamanı müttəfiqlik münasibətlərindən söhbət açıblar.
Telefon danışığı zamanı həmçinin Rusiya ABŞ arasındakı hazırkı münasibətlər barədə də müzakirələr gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB