Fransanın yeni prezidenti Fransua Olland ona yekun qələbə gətirmiş seçkinin ikinci turunun keçirilməsindən bir neçə gün öncə, konkret olaraq mayın 2-də Anadolu Türk Mədəniyyəti Mərkəzinin sədri və Fransız-Türk Assosiasiyaları Koordinasiya Komitəsinin rəsmi nümayəndəsi Dəmir Öngürə məktub ünvanlayayıb.
Məktubda Ollandın inkara görə cəza qanunu üzərində dayandığı vurğulanıb: "Mən özüm də qanunun lehinə səs vermişəm. Bu günlərdə senat tərəfindən qəbul edilmiş sənədin mətni heç də hansısa xüsusi soyqırıma işarə deyil. O soyqırım cinayətini təbliğ etməyə, mübahisələndirməyə və mahiyyətini azaltmağa yönələn cəhdlərə qarşıdır. Sırf inzibati mətndir. Heç bir xalqı və dövləti hədəf götürməyib. Lakin qeyd edilir ki, Fransa qəbul olunmuş müxtəlif soyqırım aktlarına münasibətdə eyni mövqe göstərə bilməz. Bu ölkənin Cinayət Məcəlləsinin 211-1 maddəsi ilə bağlıdır. Həmin maddə soyqırımın statusunu müəyyənləşdirir. Beləliklə qanunvericilik heç cür tarixə müdaxilə etmir".
Ollandın məktubunda eyni zamanda bildirilir ki, soyqırım Fransanın ictimai rəyində müzakirə olunan mühüm məsələlərdəndir. "Biz ölkələrimizi bir-birindən belə məsafənin ayırmasından narahatıq. Bir çox şeylərdə ümumi tarixi və dəyərləri bölüşürük. Əgər fransızlar etimad göstərsələr, sosialistlər və mən böyük ölkə olan Türkiyə ilə əlaqələrin gücləndirilməsinə çalışacam", - deyən Olland bildirib ki, respublika ənənələrinə sadiq qalan Fransa əvvəllər olduğu kimi, Türkiyə ilə əlaqələrin dərinləşməsində, fransız və türk xalqlarının dostluq münasibətlərinin möhkəmlənməsində maraqlıdır.
F.Olland məktubunda bir müddət öncə ölkənin Konstitusiya Şurasının inkara görə cəza qanununu ləğv etməsindən xüsusi söhbət açıb. Bildirib ki, konstitusiyaya uyğun yeni qanunun hazırlanmasına çalışacaq. Həmin qanun Fransanın beynəlxalq sazişlərə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olacaq. "2004-cü ildən mənim bu məsələyə münasibətim dəyişməzdir. Türkiyənin Avropa Birliyinə qoşulması istiqamətindəki danışıqlara razı olan Avropa öz istəyinə sadiqdir. Müxtəlif xalqları, mədəniyyətləri və konfessiyaları birləşdirmək nəzərdə tutulur. Əgər Türkiyə bu birliyə qoşulmaq istəyirsə, özünün modernləşməyə sadiqliyini isbatlasın", - deyən Olland vurğulayıb.
Qeyd edək i, Fransa parlamenti bu il yanvarın 23-də ölkənin artıq eks-prezidenti olan Nikola Sarkozinin təklif etdiyi inkara görə cəza qanununu rəsmiləşdirmişdi. Ölkənin Konstitusiya Şurası isə "erməni soyqırımı"nı dananların 1 il müddətində azadlıqdan mərhum olunmalarını və 45 min avro cərimələnmələrini nəzərdə tutan həmin qanunun ifadə azadlığı ilə ziddiyyətini əsas götürərək onu ləğv etmişdi.168.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB