Medvedyevin baş nazirliyi təsdiq olundu

Rusiyanın yeni seçilmiş və inaqurasiya mərasimi dünən baş tutmuş prezidenti Vladimir Putin hökümətin yeni rəhbər təyinatı barədə fərman imzalayıb. SİA-nın məlumatına görə, yeni baş nazir bundan öncəki prezident Dmitri Medvedyev seçilib. Bu münasibətlə təxminən 3 saata yaxın davam edən Dövlət Dumasının plenar iclası keçirilib. Prezidentin təklifinə 443 deputatdan 299-u leyhinə səs verib. Namizədin baş nazirlik postu üçün təqdimatında prezident şəxsən iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə