Ermənistanda keçirilən parlament seçkilərində qanun pozuntuları aşkarlanıb
Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir, seçkilərə doqquz partiya və blok qoşulub. Bunlar aşağıdakılardır: Respublika partiyası (rəhbəri Ermənistan prezidenti Serj Sarkisyandır), hakim koalisiyaya daxil olan \"Çiçəklənən Ermənistan\" və \"Orinas Yerkir\" (Qanun ölkəsi) partiyaları, 18 siyasi təşkilatdan ibarət \"Ermənistan milli konqresi\" (lideri keçmiş prezidenti Levon Ter-Petrosyandır), \"Daşnaksutyun\" , \"İrs\", \"Birləşmiş ermənilər\", Demokratik və Kommunist partiyalar. 131 deputat mandatından 90-ı partiya siyahıları ilə veriləcək. Daha 41 deputat bir mandatlı dairələrdən seçiləсək. Parlamentə girmək üçün partiyalar 5 faizlik baryeri, bloklar isə 7 faizlik baryeri keçməlidir. Seçkidən sonra yeni hökumət formalaşdırılaсaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB