Fransızlar və ermənilər üçün seçki günü

Fransızlar və ermənilər üçün seçki günü

Bu gün Ermənistanda və Fransada seçki keçirilir. Birincidə parlament seçkisi, ikincidə prezident seçkinin ikinci turu.


Ermənistanda 1975 məntəqə üzrə ümumilikdə 2,5 milyon seçicinin səs verəcəyi gözlənilir. Seçkidə 9 partiya və blok iştirak edəcək. Onlardan Respublika Partiyası (prezident Serj Sarkisyan rəhbərlik edir), "Çiçəklənən Ermənistan", "Orinaç Yerkir" hakim koalisiyasını təşkil edir. Bundan başqa, "Erməni Milli Konqresi" (rəhbəri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyandır), "Daşnaqsütyun", "İrs", "Birlşmiş ermənilər" partiyaları, demokratlar və kommunistlər də var.


Parlamentin 131 deputat mandatından 90-ı partiya sıyahısı üzrə müəyyənləşəcək. Əlavə 41 yer isə birmandatlı dairələrdən seçiləcək. Qalib olmaq üçün partiyalara beş faizli, bloklara isə 7 faizli həddi keçmək lazımdır. Seçkidən sonra ölkədə yeni hökumət müəyyənləşdiriləcək. Prosesin yekun nəticələri bir həftə ərzində açıqlacaq.


Ermənistanın Avropadakı başlıca hamisi Fransada isə prezident seçksinin ikinci turunu səhər saatlarında start verilib. Məlum olduğu kimi, fransızlar sosialist Fransua Ollandla hazırkı prezident Nikola Sarkozi arasında son seçim edəcəklər. Birinci turda qələbə qazanmış Ollandın şansı yüksək dəyərləndirilir. Sonuncu rəy sorğularının nəticələrinə görə, sosialistlərin lideri rəqibini 6 faiz qabaqlayır. Seçkidə ümumilikdə 43 milyon vətəndaşın səs verəcəyi gözlənilir ki, bu rəqəm birinci turla müqayisədə çoxluq təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə