İranda baş verən zəlzələdə yaralananlar var

İranda baş verən zəlzələdə yaralananlar var

Bu gün İranda 5,5 bal gücündə zəlzələ baş verib. İRNA xəbər agentliyinin verdiyi məlumata görə, zəlzələ nəticəsində yaralananlar var.


Hadisə bu gün ölkənin İlam əyalətində Bakı vaxtı ilə saat 16:36-da baş verib. Zəlzələ ölkənin Abadan mahalının Dəhləran və Mehran kəndlərində daha çox hiss olunub. İlkin məlumatlara görə, zəlzələ zamanı 12 nəfər yaralanıb.


Zəlzələnin gücündən kəndlərdəki evlər zərər görüb. Bu evlərin bir çoxu tamamilə dağılıb, bir hissəsi isə qismən zərər görüb. Kəndlərdə telefon xətləri qırılıb. Evlərindən çıxan vətəndaşlar küçələrdə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə