ABŞ Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin quraşdırılmasını 2021-ci ilədək yekunlaşdıracaq. "İTAR-TASS" xəbər verir ki, bu barərədə ABŞ müdafiə nazirinin köməkçisi Madlen Kridon Moskvada bu gün keçirilən konfransda bildirib. Pentaqon nümayəndəsinin sözlərinə görə, raket təhlükəsi getdikcə artır: "Bizi daha çox İran və Şimali Koreya narahat edir. Hər iki ölkə birbaşa və ya dolayı yolla qitələrarası ballistik raketlər hazırlayır. Hərçənd onların bu raketləri hazırlamasında problemləri var. Bu yaxınlarda Şimali Koreya raketinin uğursuzluğa uğramasının şahidi olduq. Amma onlar bu cür silahların hazırlanmasını ləngitmir, əksinə tempi daha da artırılar", deyə Kridon bildirib.
Pentaqon rəsmisi deyib ki, ABŞ-ı narahat edən ölkələr İİR və KXDR-in bircə belə qitələrarası ballistik raketinin olmasıdır: "Ona görə də potensialımızdan istifadə edərək raket təhlükəsini dəf etməliyik. Amerikanın quraşdıracağı RƏM sistemi Rusiya və Çinə qarşı yönəlməyib. Biz strateji sabitliyin pozulmasında maraqlı deyilik".
Madlen Kridonun sözlərinə görə, RƏM sisteminin yerləşdirilməsi dörd mərhələdən ibarət olacaq. Birinci mərhələdə Türkiyədə radio lokasiya stansiyası quraşdırılacaq və Raket Əleyhinə Müdafiə sisteminin elementi olan gəmilər Aralıq dənizinə buraxılacaq.
İkinci mərhələdə "İncis" sisteminin obyektləri Rumıniyada görünəcək. Üçüncüdə analoji obyekt Polşada yaradılacaq.
Sonuncuda isə 2020-ci ildən sonra amerikalılar raket əlyhinə uzağa hərəkət edən "CM-3 2B" qurğusunu yaratmaq niyyətindədirlər. Bu isə İrandan gələ biləcək raket təhlükəsini dəf edə bilər.
"Biz yeni sistemi 2021-ci ilədək başa çatdırmalıyıq", deyə Kridon bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB