Voleybol üzrə qadınlar arasında keçirilən Olimpiya Təsnifat turnirinin daha bir günü geridə qalıb. Siasport.az saytının məlumatına görə, 8 komandanın iştirak etdiyi turnirdə Rusiya-Polşa, Hollandiya-Serbiya, Türkiyə-Xorvatiya milliləri qarşılaşıb. Rusiya-Polşa görüşündə Rusiya 2-3 (17-25, 25-16, 21-25, 25-19, 16-18) hesabı ilə məğlub olub. Eyni hesab Hollandiya-Serbiya görüşündə də qeydə alındı. Hollandiya-Serbiya 3-2 (20-25, 28-30, 28-26, 30-28, 15-11). Qeyd edək ki, günün təmiz qələbəsinə isə ev sahibi olan Türkiyə Xorvatiya millisi üzərində 3-0 (25-19, 25-20, 25-14) hesabı ilə nail olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB