ABŞ-da 1 may əmək və həmrəylik günü "Uol Striti işğal et" hərəkatının yenidən alovlanması ilə müşayiət olunub. Nyu-York şəhərində keçirilən etiraz aksiyasına yüzlərlə insan qatılıb. İqtisadi geriləmə ilə bağlı hökumətə etirazını bildirən aksiya iştrakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.
Nəticədə bir neçə nəfər xəsarət alıb. Həmçinin, həbs edilənlərin də olduğu bildirilir. Aksiya zamanı etirazçlar hərəkatı yenidən dirçəldəcəklərinə söz veriblər. Çikaqoda keçirilən aksiyada isə tələblər başqa olub. Aksiyaya qatılan 2000-ə yaxın iştrakçı immiqrasiya və işçilərin təhlükəsizliyi sahəsində islahatların keçirilməsi tələbi ilə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB