Ehud Olmert: "İsrailin İrana hücuma rəhbərlik etməsi mümkün deyil"

Ehud Olmert: "İsrailin İrana hücuma rəhbərlik etməsi mümkün deyil"

İsrail İrana hücumda yer ala bilər, amma onun İrana hücuma rəhbərlik etməsi mümkünsüzdür. Bunu CNN telekanalına açıqlamasında İsrailin eks-baş naziri Ehud Olmert deyib.


İsrail mediası xəbər verir ki, keçmiş baş nazirin fikrincə, hərbi vasitəyə əl atılması digər üsulların fayda verməyəcəyi təqdirdə köməyə gələ bilər. "Hesab etmirəm ki, müharibə mübahisənin həlli yoludur. Zənnimcə, bu yola ehtiyac yaransa, onu Amerika dünya ictimaiyyətinin yardımı ilə dəyərləndirməlidir. Əgər başqa yollar yaramasa. İsrail də prosesə qoşula bilər. Amma ölkə öndə getməməlidir. Bu ziyanlı nəticələr verər".


Qeyd edək ki, son vaxtlar İsrail dairələrində baş nazir Benyamin Netənyahu hökumətini İrana hücum məsələsində qətiyyətsizlikdə günahlandıran diskussiyalar davamlı xarakter almaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə