BMT Suriyaya silahsız müşahidəçilərin göndərilməsi prosesini sürətləndirəcək. Mayın sonunadək ölkəyə 300 müşahidəçinin hamısı gələcək. Bunu BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsus deyib.
Dünya mediasına istinadən xəbər verilir ki, hazırda Suriyada 24 BMT müşahidəçisi var. Ladsus onların bu il aprelin 12-də əldə edilmiş atəşkəs rejiminin pozulmasına dair çoxsaylı faktlar qeydə aldıqlarını vurğulayıb. O, atəşkəsin həm hakimiyyət, həm də müxalifət silahlıları tərəfindən dəfələrlə pozulduğuna diqqət çəkib./168.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB