"Nə Sarkozi, nə də Olland prezidentliyə layiq deyil"

Fransa sağçılarının lideri Marine Le Pen tərəfdarlarını prezident seçkilərinin ikinci turunda boş bülletnlərə səs verməyə çağırıb. "Röyters" agentliyi xəbər verir ki, xanım siyasətçi nə Fransua Ollandın, nə də Nikola Sarkoziynin layiqli namizəd olmadığını bildirib:"Mən boş bülletenə səs verəcəm. Mən öz seçimimi etmişəm, siz də belə edin", - deyə Le Pen tərəfdarlarına səslənib.


Fransa Milli Cəbhəsi Partiyası rəhbərinin sözlərinə görə, Sarkozinin iqtisadi siyasəti nəticəsində ölkə vətəndaşlarının sosial vəziyyəti mənfiyə doğru irəliləyib. Sosialist Olland isə Le Pen və tərəfdarlarının hüquqlarına hörmətlə yanaşmayıb.


Məlumata görə, MCP lideri ana müxalifət olmaq iddiasında olduğundan heç bir namizədə dəstək vermək niyyətində deyil.


Digər verilən xəbərlərə əsasən isə, ilk turda Ollanda məğlub olan Sarkozinin Le Penin dəstəyinə böyük ehtiyacı var. Hərçənd Fransanın hazırkı dövlət başçısı xanim siyasətçinin bəzi şüarlarından istifadə etsə də, bu, hələlik ona uğur gətiməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə