Hillari Klinton da Timoşenkonun müdafiəsinə qalxdı

Ukraynanın keçmiş baş naziri Yuliya Tmoşenko ilə bağlı məsələyə növbəti reaksiya okeanın o tayından gəlib. ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton bildirib ki, Birləşmiş Ştatlar eks-hökumət rəhbərinə qarşı həbsxanadakı davranışdan çox narahatdır.


Bu barədə məlumatı "Frans Press" agentliyi yayıb. Məlumatda eyni zamanda bildirilib ki, rəsmi Vaşinqton təkcə Y.Timoşenkoya qarşı davranışdan deyil, bütövlükdə onun kabinetinə daxil olan şəxslərə münasibətdə həbsxanadakı xoşagəlməz durumdan narahatdır.


Qeyd edək ki, Y.Timoşenkoya həbsxanada kobud davranılması ilə bağlı məsələ bütün Avropanı bir-birinə qatıb. Bir sıra qitə ölkələrinin rəhbərləri buna görə özlərinin Ukraynaya səfərlərini belə təxirə salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə