İran "Shahed" vertolyotlarının və "İran-140" təyyarələrinin istehsalı üzrə lisenziya alıb


İranın Müdafiə Sənayesi Nazirliyi ölkənin Mülki Aviasiya Təşkilatından "Shahed" vertolyotları və "İran-140" dəniz patrul təyyarələrinin istehsalı üzrə lisenziya alıb.


İranın müdafiə naziri Əhməd Vəhidi bu hadisə ilə bağlı keçirilən mərasimdə iştirak edib.


Mərasimdə çıxış edən Vəhidi qeyd edib ki, belə bir lisenziyanın alınması İran istehsalçıları və ekspertlərinin vertolyot və təyyarələrin istehsalı sahəsində nə qədər irəli getdiklərini göstərir.


Vəhidi onu da bildirib ki, İranın "Shahed" vertolyotları və "İran-140" təyyarələrini istehsal etməsi beynəlxalq tələblərə tam cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə