Bin Ladenin son sənədləri nümayiş olunacaq

Bin Ladenin son sənədləri nümayiş olunacaq

ABŞ hökuməti "Əl-Qaida"nın öldürülmüş lideri Üsamə Bin Ladenin qətlə yetirilməsi zamanı evindən tapılan bəzi əşyaları nümayiş etdirmək niyyətindədir. "Assoşeyted Press" agentliyi xəbər verir ki, sərgi ABŞ-ın Nyu-York ştatında Hərbi Akademiyanın nəzdindəki Antiterror Mərkəzində keçiriləcək.


Sərgidə məhz hansı sənədlərin nümayiş ediləcəyi barədə hələlik məlumat verilmir. Tədbirin nə vaxt keçiriləcəyi də dəqiq bilinməsə də, bu həftə baş tutacağı ehtimal olunur. Xatırlatmaq yerinə düşər ki, mayın 2-də Bin Ladenin qətlə yetirilməsinin ildönümüdür.


Məlumata görə, nümayiş olunacaq sənədlərin bir qismi "bir nömrəli terrorçu"nun evində tapılandır. Həmçinin ehtimal olunur ki, "Əl-Qaida" liderinin terror şəbəkəsindəki imicinin dəyişdirilməsilə bağlı sənədlər də nümayiş olunacaq.


Eyni zamanda "The Guardian" qəzeti Bin Ladenin "Taliban" lideri və özünün müavini, hazırda "Əl-Qaida"nın rəhbəri Molla Ömərlə yazışmalarını xatırlayıb. Sənəddə NATO-nun Əfqanıstandakı qüvvələrinə, əfqan idarələrinə, bütövlükdə Pakistana hücumdan bəhs edilir.


Həmçinin Bin Ladinin evində gündəliyin tapıldığı da bildirilirdi. Qeyri-rəsmi məlumatlara görə, burda gələcəkdə baş tutacaq teraktlar, həmçinin ABŞ-da terror hadisələrinin törədilməsi barədə plan cızılıbmış.


Xatırladaq ki, Üsamə Bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanda qətlə yetirilmişdi. Hərbi məlumatlara görə, "bir nömrəli terrorçu" Ərəb dənizində dəfn olunub. /168.az/

Bütün xəbərlər Facebook səhifəmizdə