Almaniyalı nazir isə "Avro-2012"ni boykot etməyə çağırdı
Çexiya prezidenti Vaslav Klaus Ukraynaya mayın ortalarında nəzərdə tutulan səfərini təxirə salıb. "Röyters" agentliyi xəbər verir ki, buna səbəb Ukraynanın eks-baş naziri Yuliya Timoşenko ilə bağlı qərarlrın verilməsinə etirazdır.
"Səfər bir neçə səbəbdən təxirə salınıb. Əsas isə ( Timoşenkonun həbsi) odur", deyə mətbuat katibi Klaus bildirib.
Xatırladaq ki, prezident mayın 10-11-də Yaltada keçiriləcək sammitdə iştirak etməli idi.
Onu da vurğulayaq ki, Yuliya Timoşenkonun həbsilə əlaqədar Almaniyanın dövlət başçısı Yoaxim Qauk da Ukraynaya gözlənilən səfərini təxirə salmışdı. Bundan başqa Avstriya, Sloveniya, Estoniya, Latviya prezidentlərinin də sammitə gəlməyəcəkləri ehtimal olunur.
Bu arada Timoşenkonun həbsinə etiraz olaraq Almaniyanın ekologiya naziri Nopbert Rettgen siyasətçiləri Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etməyə çağırıb. Əvvəllər isə oxşar bəyanatla Almaniya Sosial-Demokrat Partiyasının sədri Ziqmar Qabriel və Bundestaqın insan hüquqları və huimanitar yardım üzrə komissiyasının sədri Tom Keniqs də siyasətçilərə və azarkeşlərə müraciət ünvanlamışdılar./168.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB